ПОДРОБНОСТИ

(Mərhum Oqtay Sadıqovun arxivindən)

Sıldırım qayalardan başına tac qoymuş uca dağlar, yamaclardan şırım açaraq hirsli-havalı üzü aşağı axan çaylar, dişgöynədən bulaqlar, sıx ormanlı meşələr, mərd, cəsarətli, etibarlı, qonaqsevər insanlar diyarı olan, dağlar gözəli Laçında doğulub, boya-başa çatmışdıq. Bəlkə də çoxumuz orada yaşayanda bu gözəlliklərin içində olduğumuzdan bu gözəlliyi hiss etmirdik.
“Əlyetməzli” bulağından su içmək, “Çalbayır” yaylağında bir gecə alaçıqda yatmaq, “Nərdivan” dağının zirvəsinə qalxıb “Qızıl qaya”ya tamaşa etmək, “Əriməz”də yayın qızmar çağında qarın altından boy verən bənövşəni dərmək, “Qonaq görməz”də əlin çatacaq qədər alçaqda süzən buludları seyr etmək, min bir dərdin dərmanı olan Minkənd istisuyunda çimmək, ucqar bir kənddə bircə gecə qonaq qalmaq bəs edərdi ki, bu gözəllikləri dərk edəsən.
Laçın eli qonaqpərvərliyi ilə fərqlənirdi, elə bir adam olmazdı ki, onun qonaqçıları olmasın. Biz Laçına gələn qonaqları daima qarşılamqdan həzz alardıq.
Oktay Sadıqov Laçın adını daima ucalara qaldıran bir eloğlumuz idi, harada çalışmasından asılı olmayaraq laçınlılara arxa-kömək, dayaq idi. Respublikanın müxtəlif rayonlarında OBXSS deyilən polis işində çalışanda Laçından işi düşənləri heç zaman naümid qarşılamamışdı.
Laçın adını daha yüksəklərdə təmsil edən eloğlanlarımızdan biri də alim İsmayıl Sadıqov idi. O, ali məktəblərdə müəllimlik edəndə də, Gəncə texnologiya institutunun rektoru olanda da qapısı daima laçınlıların üzünə açıq olmuşdu.
Allah Oktay Sadıqova və İsmayıl müəllimə rəhmət eləsin!
Bu video Oktay müəllimin Minkənd İstisuyunda İsmayıl müəllimin ailəsi ilə birlikdə Laçında olduğu zaman onun şərəfinə Minkənd İstisuyunda təşkil etdiyi ziyafətdə çəkilmişdir.
Video süjetlərində Sizlərə tanış olan simalar görəcəksiniz, mən də orada varam. Gördüyünüz adamlardan bəziləri dünyasını dəyişmiş, çoxusu isə tanınmaz dərəzədə dəyişmişlər, dəyişməyən isə Laçındır. Təəsüf ki, dəyişənlər bizim yanımızda, dəyişməyən ən yüksək dəyər isə düşmən əlindədir.
Bu videonu paylaşmaqda əsas məqsədimiz hansı yüksək dəyərlərə malik olduğumuzu, ancaq saxlaya bilməyib ititrdiyimizi diqqətinizə çatdırmaqdır. Bu gözəllikləri seyr etməklə ruhumuzu yüksək tutaq və əmin olaq ki, biz hökmən bu gözəlliklərə sahib olmalıyıq...

Qəzənfər Hüseynov

Qonaqları əskik olmazdı Laçının! - Minkənd istisuyu 1987-ci il... скачать видео - СКАЧАТЬ